Rusiya ordusu hələ də İkinci Dünya müharibəsindən qalma SSRİ standartları ilə fəaliyyət göstərir. Bu, texnika eşelonlarının köçürülməsi məsələsinə də aiddir, çünki Rusiya üçün dəmir yolu “arteriyalar”dır.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı ekspert Oleq Jdanov deyib.
O bildirib ki, Transsibir dəmiryol xətti dayansa, o zaman Uraldakı texnikaların ölkənin Avropa hissəsinə daşınmasında böyük problemlər yaranacaq.
“Dəmiryolda istənilən qəza tam şəkildə dayanmalara gətirib çıxaracaq. Bu gün Rusiya ordusu köhnə sovet çərçivəsində qalıb”, – Jdanov qeyd edib.