Son 30 ildə Gürcüstan, Çeçenistan, Suriya və Liviyada həddən artıq silah xərcləməsi Rusiyanın tezliklə İkinci Dünya müharibəsindən qalan döyüş sursatları ilə döyüşəcəyini deməyə əsas verir.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bunlar Rusiya ordusu üçün böyük problemlərdir. Biz qiymətləndirmədə səhvə yol vermişik. Həmçinin, burada biz hər zaman qərbli analitiklərə səhv etdiklərini deyirdik. Ancaq fakt budur ki, Rusiyanın 30 il ərzində apardığı müharibələrdə kiçik nüansı heç kim nəzərə almayıb. Belə ki, Rusiyanın birinci və ikinci Çeçen müharibəsindən başlayaraq, Gürcüstan, Liviya və Suriyada sursat istehlakı sadəcə qeyri-məhdud idi”, – ekspert bildirib.
O.Jdanov həmçinin qeyd edib ki, Rusiyanın milyonlarla döyüş sursatı var. Ancaq bunlar İkinci Dünya müharibəsindən qalma qədim sursatlardır.