Kiyev yay əks-hücum əməliyyatı zamanı F-16 qırıcılarından istifadə edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
“F-16-lar bu yay vəziyyəti dəyişməyəcək. Pilotlarımızı hazırlamaq üçün vaxt lazımdır. Tərəfdaşlarımız pilot, mühəndis və texniki işçilər üçün təlim kursları təşkil edirlər. F-16-lar payız və ya qış aylarında hazır olacaq. Ona qədər isə Ukrayna əks-hücum zamanı bütün yerüstü texnikalardan istifadə edəcək”, – nazir bildirib.