Ukrayna ordusu Baxmut istiqamətində həyata keçirilən əks-hücum nəticəsində xeyli irəliləyiş əldə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Baxmutdan 14 km cənub-şərq istiqamətində yerləşən Kurdyumovka kəndində uğurlar əldə edərək rusları Severski Donets – Donbas kanalının şərq sahilinə qovub. Bundan başqa ukraynalılar Baxmutdan 7 km cənub qərbdə yerləşən Klişeyevka kəndi istiqamətində də irəliləyiblər.
“Mayın 13-nə olan vəziyyətə görə, əks-hücumlar nəticəsində Ukrayna ordusu Baxmut rayonunda 16.85 kv.km ərazi azad edib”, – hesabatda qeyd olunub.