ABŞ əmindir ki, Kiyevin hücum üçün lazımi ehtiyaclarını ödəyib.
AzerTimes xəbər verir ki, bu sözləri Ağ Ev nümayəndəsi Con Kirbi deyib.
“Biz çox şadıq ki, hücum üçün Ukraynanın lazımi ehtiyaclarını ödəmişik. Hücumun nə baş verəcəyini özləri qərar verəcək. Biz isə bacardığımızı etmişik, biz deyəndə təkcə ABŞ-ı nəzərdə tutmuram. ABŞ-la yanaşı müttəfiqləri çox şey edib və davam etməyə hazırdırlar”, – deyə o bildirib.