Ukrayna əsgərləri rusların maddi-texniki imkanlarını zəiflədib. Onlar cənubda Rusiyanın canlı qüvvəsi və texnikası, komanda mərkəzləri və logistika mərkəzlərinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukraynanın əks-hücum əməliyyatı Rusiyanın ölkənin cənubunda maddi-texniki və inzibati potensialını əhəmiyyətli dərəcədə pisləşdirir. Əks-hücum Rusiyanın işğal olunmuş ərazilərdə referendum keçirmək planlarının da qarşısını alıb. Bütün proseslər təhlükəsizlik səbəbindən dayandırılır. Ukrayna qoşunları Xerson vilayətində Rusiyanın taktiki və əməliyyat səviyyəsinin imkanlarını yavaş-yavaş azaltmaq niyyətindədir. Bu, çox güman ki, işğalçıların inzibati və bürokratik imkanlarına ciddi təsir göstərəcək”, – məlumatda deyilib.