Ukraynanın əks-hücumla bağlı bəyanatları dezinformasiyadır.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksand Lukaşenko deyib.
“Deməliyəm ki, ən böyük dezinformasiya əks-hücumdur. Məncə, əks-hücum yoxdur, ola da bilməz. Cəbhədə texnika və canlı qüvvədə 5 qat az qüvvə ilə döyüşmək sadəcə dəlilikdir. Biz bunu görürük”, – o bildirib.
Lukaşenko qeyd edib ki, Ukrayna prezidentinin irəli sürdüyü bütün ilkin şərtlər danışıqların qarşısını almaq üçün edilir.