Ukrayna hərbçiləri cənub ərazilərində rusların ilk müdafiə xəttini yardıqdan sonra əldə etdiyi uğurları artırmağa nail olur, lakin əsgərlərimizin həyatını xilas etmək üçün məlumatlar mərhələli şəkildə bildirilir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.
“İşimiz olduqca çətindir. Bu, müdafiə xəttinin keçdiyi yalnız ilk mərhələdir. Bundan sonra həmin ərazilərdə möhkəmlənməli və irəliləyən bölmələrin təhlükəsizliyini təmin etməliyik. Ona görə də bununla bağlı xəbərlər bir qədər ləngiyə bilər”, – Qumenyuk bildirib.