Əks-hücum: hər şeyi bu qüvvə həll edəcək – Arestoviç

Əks-hücum: hər şeyi bu qüvvə həll edəcək – Arestoviç

Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yaranmasına baxmayaraq, hər şeyi piyadalar həll edir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç ölkəsinin əks-hücumu barədə danışarkən deyib.

“Bütün hərbi orkestrin piyadaların irəliləməsi üçün coğrafiyadan qeyri-standart istifadə etmək bacarığı – bu, hərb sənətidir. Kimsə ona sahibdir, kimsə yox. On beş aylıq müharibə göstərdi ki, düşmən ancaq cəbhədən hücuma keçməyi bilir”, – sabiq müşavir bildirib.

O qeyd edib ki, Ukrayna müdafiə qüvvələri relyefdən, qüvvə və vasitələrin mövcudluğundan asılı olaraq, qeyri-standart hərəkətlər edə biləcəklərini nümayiş etdiriblər:

“Ərazi və hazırlıq nəzərə alınmadan cəbhədən hücumlar bizim yolumuz deyil. İndi əks-hücumun ilkin mərhələsi düşmənin arxa cəbhəsinin sıradan çıxarılması, onu effektiv müqavimət göstərmək imkanından məhrum etmək və təhdidlərə vaxtında cavab verməkdir. Ən maraqlısı daha sonra başlayacaq”.

Teqlər: