Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır:
“Cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları artıq davam edir”.