Səhiyyə Nazirliyinin nümayəndələri əks-göstəriş sertifikatının verilməsi ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Vətəndaşları maraqlandıran, əsas suallardan biri də, əks-göstəriş sertfikatı almaq üçün necə müraciət etmələridir.
Trend həmin cavabı təqdim edir:
19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirdi ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər. Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir.