Erməni mənşəli ukraynalı tarixçi-tədqiqatçı Filipp Ekozyants sosial şəbəkələrdə bölüşdüyü son videoda erməni tarix elmləri doktorunun şərhlərinə cavab verərək, “Tiqranakerti” – ən keyfiyyətli erməni hiyləsi adlandırıb.
AzerTimes xəbər verir ki, erməni tarix elmləri doktoru Stepan Stepanyan ermənilərin “qədimliyi”ndən danışarkən Tiqranakertin (Azərbaycanın Ağdam rayonunun Şahbulaq kəndi – red.) guya çox əsrlər əvvəl mövcud olduğunu və bunun guya ermənilərin “qədimliyini” birbaşa sübut etdiyini deyib.
Erməni elmlər doktorunun bu yalanına cavab isə elə erməni alimlərdən gəlib.
Belə ki, erməni tarix elmləri doktoruna cavab verən Ekozyants qeyd edib ki, Tiqranakert ən keyfiyyətli erməni saxtakarlığıdır.
“Bu, Ermənistan tarixində gördüyüm ən yaxşı və qədim saxtakarlıqlardan biridir. Hətta bu şəhərin tarixinin olmaması da burada maraqlı deyil. Onsuz da bu barədə heç kim heç bir tarixi fakt tapa bilməz. Burada onun adının tarixi ədəbiyyatda olmasına diqqət yetirmək lazımdır. Bu, çox gözəl bir psixoloji oyundur. Tiqranakert ilə bağlı o qədər saxta məlumatlar var ki, insan beyni bunu həqiqət kimi qəbul edir. Reallıqda isə bu bir uydurmadır, lakin bu məlumatın dərin mifik kökləri var”, – deyə erməni tədqiqatçı qeyd edib.