Böyük Britaniyanın həftəlik “Ekonomist” qəzeti Türkiyə haqqında karikatura dərc edib.
AzerTimes xəbər verir ki, karikaturada üzərində Türkiyə bayrağı olan top təpədən sürətlə aşağı enir. Topun təkərlərində NATO-nun bayrağındakı simvol əks olunub.
Qəzet bununla kifayətlənməyərək, Rəcəb Tayyib Ərdoğanı da təhqir edib. Fotonun altında isə “Türkiyə NATO üçün dəyərindən daha çox bəladırmı?” sualı qoyulub.