M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu” adlanan ərazidən) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədar oktyabrın 4-ü saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. Bu zaman yol bağlanmır.
Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.