Ekofəalların bəyanatı: Bu halda yenidən aksiya başlayacaq!

Ekofəalların bəyanatı: Bu halda yenidən aksiya başlayacaq!

Laçın-Xankəndi yolunda, Şuşa yaxınlığında keçirilən aksiya bu gün saat 18:00-dan etibarən tam deyil, müvəqqəti olaraq dayandırılır.

AzerTimes xəbər verir ki, bu barədə aksiya iştirakçılarının bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, aksiya hədəfinə tam çatmayıb:

“Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.

Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!

138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!”

Teqlər: