İsveçin İrandakı səfirliyi bağlanılsın, səfirlik binası isə Quranın təbliği mərkəzinə çevrilsin.
AzerTimes xəbər verir ki, bu sözləri Əli Xameneinin SEPAH-ın Qum bölməsindəki nümayəndəsi Əli Əkbəri deyib.
O, İsveçdə Quranın yandırılmasına cavab olaraq belə bir addımın atılmasını tələb edib.