İranın Əhvaz şəhərində təqaüdçülər aksiya keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, nümayişçilər məişət şəraitinin ağır olmasına etiraz ediblər. Onlar “Dünənin döyüşçüləri, bu günün acları!” kimi şüarlar səsləndiriblər.