Ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

AzerTimes-ın məlumatına görə, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.


Təklif səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Teqlər: