Əhmədlidəki “Bravo” fəaliyyətini dayandırdı – Rəsmi

Əhmədlidəki “Bravo” fəaliyyətini dayandırdı – Rəsmi

Bu gün səhər saatlarında Xətai rayonunda yerləşən “Bravo” hipermarketinə edilmiş silahlı hücumla bağlı şəbəkə məlumat yayıb.

AzerTimes həmin açıqlamanı təqdim edir:

“Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb.

Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır.

Bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən “Bravo” hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.

“Bravo” hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat Xidmətindən ictimaiyyətə təqdim ediləcəkdir.

Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik”.

Teqlər: