Seçkilərdə seçici fəallığı aşağı olub, xalq səsvermədə aktiv olmayıb və bu, hakimiyyət üçün ağır məğlubiyyətdir.
AzerTimes xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad sosial media hesabında 12-ci çağırış parlament seçkiləri haqqında fikirlərini bildirərkən yazıb.
“Birisi qalxıb deyir ki, böyük qələbədir. Hansı qələbədən danışırsan? Xalqın kənarda qaldığı prosesdə qələbədən danışmaq olmaz. Bu, mahiyyətcə məğlubiyyət idi”, – Əhmədinejad qeyd edib.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei seçkilərdə 41 faiz seçicinin iştirak etdiyini iddia edərək, bunu “əfsanəvi qələbə” adlandırıb.