Əhmədinejad bu sözünə görə qınandı: Rəisi haqda deyib?

Əhmədinejad bu sözünə görə qınandı: Rəisi haqda deyib?

Prezident seçkiləri üçün namizədliyimi irəli sürüb-sürməyəcəyimi düşünür, mövcud şəraiti dəyərləndirirəm.

AzerTimes xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad evinin qarşısına toplaşaraq, ondan namizədliyini irəli sürməsini istəyən tərəfdarları qarşısında danışarkən deyib.

“Prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib-keçməyəcəyimə qərar vermək üçün şərtləri yoxlayıram. Ölkədə şirin dəyişikliklər gözləmək lazımdır və proseslərin gedişatı xalqın xeyrinədir”, – Əhmədinejad bildirib.

Mühafizəkar qanada mənsub olanlar keçmiş prezidentin ölkədə “şirin dəyişikliklərin baş verdiyi” barədəki fkirlərini onun İbrahim Rəisinin ölümündən məmnun olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, seçkilərdə iştirak edəcək namizədlər mayın 30-dan qeydiyyata alınacaq. Növbədənkənar prezident seçkiləri isə iyunun 28-də keçiriləcək.

Teqlər: