Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxsin həbs olunma görüntüləri yayılıb.
AzerTimes xəbər verir ki, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Əhməd Əhmədov jurnalistin sualına cavab olaraq, qətli törətdiyini etiraf edir.
Qətlin səbəbi haqda isə danışmır.
Qeyd edək ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.