Əhməddən başqa kimləri cəza gözləyir? – Vəkil

Əhməddən başqa kimləri cəza gözləyir? – Vəkil

Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə nəzərdə tutulmuş iki və daha artıq şəxsi öldürdüyünə görə təqsirkara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər.

Bu sözləri AzerTimes-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov haqda danışarkən bildirib.

Vəkilov bildirib ki, Əhməd Əhmədovun ruhi xəstə olması heç bir halda cəzadan azad olması üçün səbəb ola bilməz:

“O əgər cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, bu halda ona bu şəraiti yaradan şəxslər də məsuliyyətə cəlb edilməlidirlər. Çünki cinayətin törədilməsinə onlar şərait yaradıblar. Belə halda təqsirkar şəxslərin dairəsi genişlənə bilər”.

Hüquqşünas qeyd edib ki, şübhəli şəxsin taksi sürcüsü kimi işləməsi istintaq orqanı tərəfindən xüsusi araşdırılmalıdır:

“Taksi şirkətlərinin hamısı yoxlanılmalıdır. Belə təhlükəli cinayətkarların taksi şirkətlərinə yol tapmasına şərait yaradan şəxslər də cəzalandırılmalıdır”.

Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı – 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı – 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.

Teqlər: