Əhmədbəyli-Ağbənd yolunda tezliklə asfaltlanma işlərinə başlanılacaq

Zəngilan. Trend:

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunun tikintisi sürətlə
davam edir, yolda tezliklə asfaltlanma işlərinə başlanılacaq.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov
deyib.

Onun sözlərinə görə, yolun ümumi uzunluğu 123.6 km olmaqla
birinci texniki dərəcənin tələblərinə uyğun inşa ediləcək.

“Yolun ilk 77 km hissəsi 6 zolaqlı, digər 44.6 km hissəsi isə 4
zolaqlı olmaqla inşa ediləcək. Buna uyğun olaraq torpaq yatağının
eni 21.5 və 29.5 metr olacaq. Ümumilikdə yol oxu boyu 415 ədəd süni
qurğunun tikintisi nəzərdə tutulub. Bu süni qurğulardan 135
ədədinin tikintisi tamamlanıb. Yol oxu boyu 20 körpünü tikintisi də
nəzərdə tutulub. Bu 20 körpüdən 6-sı yol qovşağı olacaq. Hazırda
isə 17 körpüdə tikinti işləri sürətlə davam edir. Yolun
tikintisinin tamamlanması 2023-cü ilin sonuna planlaşdırılır.
Həmçinin yolda tezliklə asfaltlanma işlərinə başlanılacaq”,- deyə o
əlavə edib.

Teqlər: