GünazTV-nin rəhbəri Əhməd Obalının bacısı oğlu, Ərdəbildə yaşayan milli fəal Məhəmməd Yusifi fevralın 20-də həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, fəal fevralın 20-i günorta saatlarında Ərdəbil məhkəməsinə aparılıb. Yusifi daha sonra bir polkovnik və bir əsgərin müşayiəti ilə Tehrana aparılıb və fevralın 22-i səhər saat 08-də Evin həbsxanasına salınıb.
Ona qarşı hökumət əleyhinə təbliğat ittihamı irəli sürülüb.