

Kursk vilayətində gedən döyüşlər zamanı “Əhməd” xüsusi təyinatlıları ciddi itki verib.
AzerTimes xəbər verir ki, bunu “Əhməd” dəstəsinin komandiri Apti Alaudinov deyib.
“Təəssüf ki, müqəddəs yolda, müqəddəs müharibədə həlak olmuş döyüşçülərimiz var, yaralanan, əsir götürülən, itkin düşən döyüşçülərimiz var”, – o bildirib.