Əhməd Cavadın ev muzeyi yaradıla bilər

Mədəniyyət naziri Anar Kərimov gələn il yubileyi keçiriləcək Əhməd Cavadın ev muzeyinin olmamasına aydınlıq gətirib.

AzerTimes-ın məlumatına görə, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, Əhməd Cavadın yubileyi ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi tərəfindən təkliflər hazırlanır.

“Orada Əhməd Cavadın ev muzeyinin yaradılması da öz əksini tapacaq. Təkliflər təsdiqləndikdən sonra işlərə başlayacağıq” , – nazir əlavə edib.

Teqlər: