Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir azalıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

2021-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 16,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1213,4 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 916,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib.


Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 121,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Teqlər: