Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 240,6 milyon manatlıq, o cümlədən 8 milyard 381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
AzerTimes-ın məlumatına görə, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 1,9 faiz azalıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 12,7 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb.