Əhalinin peyvəndlənməsi pandemiya ilə mübarizədə ən səmərəli üsul hesab olunur

Pandemiyanın milli iqtisadiyyatlara vurduğu trilyonlarla dollar maddi ziyan və əhalinin artan psixoloji gərginliyi karantin tədbirlərinin tətbiqini çətinləşdirir. Bir çox ölkələr artıq peyvəndləmə prosesinə başlayıb və bu, pandemiya ilə mübarizədə ən səmərəli üsul hesab olunur.

AzerTimes-ın məlumatına görə, Azərbaycan da COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır.

MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığı görünür.

Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsinə başlanıb. 26 mart 2021-ci il tarixinə olan vəziyyətə görə, ümumilikdə 746 608 doza peyvənd vurulub, 226 min nəfər tam aşılanıb.

Pandemiyanın üçüncü dalğasının və fərqli mutasiyaların yaranması həm yoluxma sürətinin arrtması, həm də ölüm səviyyəsinin yüksəlməsi ilə müşayiət olunur. Bununla əlaqədar ciddi karantin tədbirlərinin tətbiqinə ehtiyac yaranır. Vaksinasiya prosesinin sürətlənməsi bu göstəricilərin azaldılmasına yol aça bilər.

Son yenilənmə tarixi

Ölkə

Peyvənd olunan insanların sayı

Peyvənd olunmuş əhalinin faizi

26.03.2021

Azərbaycan

518 867

5.2%

12.03.2021

Belarus

20 000

2%

26.03.2021

Qazaxıstan

110 861

0.6%

26.03.2021


Moldova

33 885

0.9%

22.03.2021

Rusiya

6 300 000

4.3%

26.03.2021

Ukrayna

192 263

0.4%

Qeyd etmək lazımdır ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan vəziyyətə görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvənd olunduğu görünür. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada isə peyvəndlənənlərin sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3%-ni təşkil edir. Bu göstərici Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub.

Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.

Peyvəndləmənin könüllü xarakteri və tam vaksin olunanların epidemioloji vəziyyətə təhlükə törətmədiyi nəzərə alınaraq bəzi ölkələrdə həmin şəxslər barəsində daha yumşaq karantin tədbirlərinin tətbiqi məsələsi müzakirə olunur:

  • 2021-ci il martın 8-də ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi tam peyvənd olunmuş şəxslərin qapalı məkanlarda və ictimai tədbirlər daha sərbəst hərəkət edə bilməsi barədə qərar verib. Bundan başqa, tam peyvənd olunanar yoluxmuş şəxslə təmasdan sonra 14 gün müddətinə karantinə alınmır. Amma sosial məsafə, maska taxmaq və şəxsi gigiyena qaydalarına əməl etmək kimi tədbirlər zəruri hesab olunur
  • Peyvəndləmə barədə Aİ-nin məlumatlarında göstərilir ki, vaksin pasportları üzrə vahid məlumat bazasının yaradılacağı təqdirdə tam peyvənd olunmuş şəxslərin səyahət imkanları daha da yumşaldılacaq.
  • İslandiya ölkəyə gəlmək istəyən şəxslərin vaksinləmə barədə sertifikatı təqdim edəcəyi təqdirdə karantin tədbirlərindən azad edilməsi barədə qərar qəbul edib. Analoji tədbirlər Polşa, Kipr, Estoniya, Rumıniya, Gürcüstan və Seyşel adaları tərəfindən də qəbul edilib.
  • 2021-ci ilin martın 21-də Çinin əstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi xarici ölkələrin səfirliklərini məlumatlandırıb ki, tam vaksin olunan şəxslərin də sərbəst səyahət edə bilməyəcək. Bununla belə, peyvənd olunanlara viza verilməsinin sadələşdirilməsinin mümkünlüyü qeyd olunur.
  • Fevralın 25-də Qətər hökuməti yalnız tam peyvənd olunan Qətər vətəndaşlarının karantin tədbirlərindən azad ediləciyini bildirib. Analoji qərar Birləşmiş Ərəb Əmirliklərində də mövcuddur.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ölkə hökumətlərinə məsləhət görür ki, tam peyvənd olunan şəxslərin COVID-19 testi vermədən səyahət edə bilmələrinin təmin olunmasını tövsiyə edib.

Ciddi karantin tədbirlərini artan çətinlikləri, peyvəndləməyə marağın artmasının vacibliyi, eləcə də ölkələrin təcrübələri nəzərə alınaraq aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:

– tam peyvəndlənən şəxslərin ölkə daxilində hərəkət məhdudiyyətinin yumşaldılması (peyvəndləməyə ümumi marağı artıra, yayda daxili turizmi dəstəkləyə, eləcə də cəmiyyətdə ümumi gərginliyi azalda bilər);

– tam peyvəndlənən şəxslərin xarici ölkələrə səfərlərinin asanlaşdırılması (ayrı-ayrı ölkələrdə epidemioloji vəziyyətdən asılı olaraq xaricə gedənlərin məcburi testdən azad edilməsi mümkün ola bilər. Eyni zamanda ölkəyə qayıdarkən həmin şəxslər üçün karantin müddəti azaldıla və ya aradan qaldırıla bilər);

– peyvənd olunmamış şəxslərin hərəkətinin məhdudlaşdırılması (peyvəndləmədən imtina edən şəxslər üçün bir sıra məhdudiyyətlər tətbiq oluna bilər. Bu əhalinin yoluxma riskinin azalmasına kömək edəcək, eləcə də peyvəndləmədə iştirakı stimullaşdıracaq. Peyvənd olunmayan tibb işçiləri tərəfindən xəstələrin qəbulunun, əyani tədrisin, risk qrupuna daxil olan, xüsusilə da 65 yaşdan yuxarı şəxslərin hərəkətinə məhdudiyyətlər tətbiq oluna bilər).

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: