Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 7,0 milyard manatlıq, o cümlədən
3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin
yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi
real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və
tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz
artıb.

2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak
məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq
məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 15,5
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi
avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları
və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Teqlər: