Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb

Əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla)
dekabrda əvvəlki ayla müqayisədə 1.7% (151.5 mln. manat), ötən ilin müvafiq
dövrünə nəzərən isə 12.3% (987.8 mln. manat) artaraq 9,032.4 mln. manat təşkil
edib ki, bu da tarixi maksimumdur.

Mərkəzi Bankdan AzerTimes-a verilən məlumata görə, əmanət portfelinin 59.1%-i (5,339 mln. manat) müddətli əmanətlərdən ibarətdir.


Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 9.8 faiz bəndi
azalaraq 41% təşkil edib.

Teqlər: