Egey dənizində yerləşən Rodos adasının sahilində 5,7 bal gücündə güclü zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, Afina Geodinamik İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Lindos şəhərindən 65 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Rodos, Karpatos və digər yaxınlıqdakı adalarda hiss olunub. Zəlzələnin mənbəyi dənizdə olduğundan ciddi dağıntı qeydə alınmayıb.