Egey dənizinin Midilli adası sahillərində 5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Dəniz səthindən 14,14 kilometr dərinlikdə olan zəlzələ episentrinin Çanaqqalanın Ayvacılık ilçəsindən 14,29 km məsafədə olduğu müəyyən edilib.