ABŞ-ın Ukraynaya yardımının dayandırılması Kiyevin döyüş qabiliyyətinə mənfi təsir göstərəcək.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Ukraynaya maliyyənin kəsilməsi və ya hər hansı əhəmiyyətli azalma onların uğur qazanma qabiliyyətinə tamamilə mənfi təsir göstərəcək”, – Kirbi vurğulayıb.
Kirbi qeyd edib ki, ABŞ Kiyevə ən böyük yardım mənbəyidir və administrasiya Ukraynaya əlavə yardımın göstərilməsi ilə bağlı Konqresin ikitərəfli dəstəyinə əmindir.