Ukrayna may ayında Avropa Birliyindən 1,9 milyard avro yardım ala bilər.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.
O xatırladıb ki, rəsmi Kiyev martda Ukrayna üçün ayrılan 50 milyard avronun 1,5 milyardlıq hissəsini alıb:
“Bu məbləğin yerdə qalan hissəsinin ölkənin hesabına köçürülməsi üçün Ukrayna hökuməti təsdiqlənmiş islahat paketini yerinə yetirməlidir. Hazırda Avropa Komissiyası hökumətin icra etdiyi islahat proqramlarını qiymətləndirir. Tezliklə bu proses başa çatacaq. Daha sonra AB Şurası Ukraynaya daha 1,9 milyard avro vəsaitin ayrılıb-ayrılmayacağına qərar verəcək”.