Əgər türk dövlətləri birləşsəydi, 4,7 trilyon dollar…

Əgər türk dövlətləri birləşsəydi, 4,7 trilyon dollar…

Türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır. Alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Bu o deməkdir ki, əgər türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 42 milyard dollardır:

“Bu, türk dövlətlərinin ümumi ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Bu, o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsində hər 100 dolların cəmi 3,5 dolları türk dövlələri ilə xarici ticarətdən formalaşır.

İqtisadi və ticari inteqrasiya üçün potensialın imkanlara çevirlməsi vacibdir. Türk dünyasının güclü iqtisadi bazasının və qarşlıqlı inteqrasiyasının güclənməsi zamanın çağrışıdır”.

Teqlər: