Seçkilər ədalətli keçəcəksə, seçkidə uduzsam belə, nəticələri qəbul edəcək ilk insan mən olacağam.
AzerTimes xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatında Uest Palm Biç şəhərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarına cavabında deyib.
Seçkinin nəticələrinə əsasən tərəfdarlarına zorakılığa əl atmamaqla bağlı çağırış edib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, heç kəsə heç nə deməyəcək, çünki heç bir zorakılıq olmayacaq:
“Məni dəstəkləyənlər zorakı insanlar deyil. Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir. Biz bunları düzəltməliyik”.