Əgər Rusiya Gürcüstanla bağlı belə bir qərar versə… – Kaladze

Əgər Rusiya Gürcüstanla bağlı belə bir qərar versə… – Kaladze

Rusiya Gürcüstana birbaşa uçuşlar həyata keçirmək qərarına gəlsə, biz bunda problem görmürük.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Tiflis şəhərinin meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, problem Rusiyada baş verənləri bəyənməyən insanların Gürcüstana daxil olmasında deyil:

“Rusiyadan Gürcüstana birbaşa uçuşlar yoxdur, baxmayaraq ki, Rusiya vətəndaşları adətən buraya quru yolla gəlirlər. Bundan əlavə, bir çox soydaşlarımız Rusiyanın müxtəlif şəhərlərində yaşayır. Əgər onlar (Rusiya) tərəfində birbaşa uçuş qərarı varsa, mən bunda pis bir şey görmürəm. Rusiyada baş verənləri, Ukraynada baş verənləri bəyənməyən insanların Gürcüstana gəlməsinin nə problemi var? Bunu da bilməliyik ki, təkcə Rusiyanın deyil, bir milyona qədər vətəndaşımız Rusiyada yaşayır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar, Rusiya tərəfi lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstanla birbaşa aviareysləri bərpa etməyə hazır olduqlarını açıqlamışdı.

Teqlər: