Əgər rus sülhməramlılar bunu təklif edibsə… – Nikol

Əgər rus sülhməramlılar bunu təklif edibsə… – Nikol

Məntiqlə güman edilir ki, əgər Rusiya sülhməramlıları atəşkəs təklif edibsə, bu, özlüyündə onların Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək öhdəliyini tam və qeyd-şərtsiz qəbul etdiyini göstərir. Yəni sülhməramlılar Qarabağ ermənilərinin öz evlərində, torpaqlarında yaşaması hüquqlarının qorunması üçün tam şərait yaratmalıdırlar.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin Rusiya sülhməramlı missiyasına həvalə edildiyi 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat kontekstində də eyni fikri bölüşürlər:

“Ümid edirik ki, belə bir addım atmaqla Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən vəzifələri tam yerinə yetirəcək”.

Qeyd edək ki, Ordumuzun 19 sentyabr saat 13:00-da başlayan antiterror tədbirləri 20 sentyabr saat 13:00-da separatçı-terrorçuların tam təslim olması ilə başa çatıb.

Teqlər: