Almaniyanın xarici işlər naziri Annalena Berbok Çin Prezidenti Si Szinpini diktator adlandırıb və Almaniya hökumətinin Ukraynaya dəstəyini vurğulayıb.
Axar.ax xəbər verir ki, bu barədə Berbok “Foks Nyus” telekanalına müsahibəsində bildirib.
“Biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik. Əgər Putin bu müharibədə qalib gəlsə, bu, dünyanın digər diktatorları, məsələn, Szinpin üçün hansı mənaya çevriləcək? Ona görə də Ukrayna bu müharibədə qalib gəlməlidir”, – o bildirib.