Ukrayna 2014-cü ildən bəri ABŞ-ın tam nəzarətindədir və buna görə də ölkə suveren və müstəqil deyil.
AzerTimes xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso deyib.
R.Fitso Ukraynadakı vəziyyəti ilə əlaqədar ABŞ və Meksika nümunəsindən istifadə edib.
Baş nazir qeyd edib ki, əgər ABŞ-ın yanında yerləşən Meksikada Müdafiə Nazirliyi bütün siyasi qanad kimi tamamilə Rusiyanın nəzarətində olsaydı, o zaman Vaşinqton da Moskva ilə eyni tədbirləri görə bilərdi.