Xəbər - Elçin Mehdiyev – Trend:
Əgər lazımi addımlar atılmasa, iqlim dəyişikliyi ilə bağlı vəziyyət daha da pisləşəcək.
AzerTimes-ın məlumatına görə, bunu İsrailin keçmiş Baş naziri Ehud Barak VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı deyib.
O qeyd edib ki, biz azad dünyayıq. İttifaqlar və koalisiya yaratmalıyıq. Bunun üçün lazımi addımlar atılmalıdır.
E.Barak bildirib ki, əvvəl pandemiyaya qarşı vaksinasiyanın bir il davam edəcəyi düşünülürdü: “Lakin görürük ki, bu, kifayət deyil və bütün dünya artıq vaksinasiyadan istifadə etməyə başlayıb. Mən əminəm ki, pandemiyadan qorunmağın yeganə yolu vaksinasiyadır və ona görə də vaksinlərin bütün ölkələr arasında bərabər bölünməsini təmin etməliyik.
O, həmçinin iqlim dəyikliyi məsələlərinə toxunub. Qeyd edib ki, əgər lazımi addımlar atılmasa, iqlim dəyişikliyi ilə bağlı vəziyyət daha da pisləşəcək. Keçmiş baş nazir ətraf mühitə tullantıların qarşısının alınmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.