Əgər İsrail dayanmasa, müdaxilə etməliyik – Baxçalı

Əgər İsrail dayanmasa, müdaxilə etməliyik – Baxçalı

Bu gündən etibarən 24 saat ərzində atəşkəs əldə olunmasa, hücumlar dayanmasa, Türkiyə tez bir zamanda araya girməli, tarixi, humanitar və dini vəzifələrinin tələb etdiyi hər şeyi etməlidir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə MHP sədri Dövlət Baxçalı deyib.

“Lazım olanı, etməli olduğumuzu millətimlə açıq şəkildə paylaşıram. Qəzzanı qorumaq missiyasını öz üzərimizə götürmək bizim tarixi mirasımızdır. Türkiyə Cümhuriyyəti Qəzzanı xoşbəxt uşaqlar və qardaşlarımızın əmin-amanlıq içində yaşayacağı İslam diyarına çevirməyə hazırdır və and olsun ki, buna qadirdir”, – Baxçalı bildirib.

Teqlər: