2023.10.30 – 22:37
İsrail Qəzzada atəşkəslə razılaşmayacaq.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi brifinqdə bildirib.
Netanyahu hesab edir ki, atəşkəs İsrailin HƏMAS-a təslim olması anlamına gəlir:
“Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından və ya sentyabrın 11-də atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-də baş vermiş dəhşətli hücumdan sonra HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq”.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişə oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə irimiqyaslı raket zərbəsi endirməsindən və HƏMAS döyüşçülərinin sərhədyanı ərazilərə daxil olmasından sonra daha da gərginləşib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına əməliyyata başlayıb.