Şuşa. Trend:
Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu yeni
reallıq regionun sülh gündəliyidir və Azərbaycan tərəfindən təqdim
edilən 5 maddədən ibarət olan prinsiplər Ermənistana təqdim edilib.
Əgər Ermənistan və erməni xalqı gələcəyə doğru baxmaq istəyirsə, bu
imkanları dəyərləndirməlidir.
Trend-in məlumatına görə, bunu Şuşada Dünya Azərbaycanlılarının
V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan
diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol
xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, müharibə dövründə Prezident İlham Əliyevin
çıxışları informasiya blokadasının qarşısının alınmasında böyük rol
oynayıb.
“Post-müharibə dövründə erməni lobbi dairələri tərəfindən
Azərbaycana qarşı əks təbliğat kampaniyaları hələ də davam edir. Bu
yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qərarda guya işğaldan
azad olunmuş ərazilərdə ermənilərə məxsus maddi-mədəni abidələrinin
dağıdıldığı göstərilir. Bu qətnaməni qəbul edən deputatlar
Azərbaycan xalqının mədəni-tarixi abidələrinin dağıdılmasını
görmürlərmi? Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq
yaradıb. Bu yeni reallıq regionun sülh gündəliyidir və Azərbaycan
tərəfindən təqdim edilən 5 maddədən ibarət olan prinsiplər
Ermənistana təqdim edilib. Əgər Ermənistan və erməni xalqı gələcəyə
doğru baxmaq istəirsə, bu imkanları dəyərləndirməlidir”, – deyə
H.Hacıyev qeyd edib.