Əgər Ərdoğan seçkini uduzsa, ermənilər… – Rus ekspert

Əgər Ərdoğan seçkini uduzsa, ermənilər… – Rus ekspert

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibi Kamal Kılıçdaroğlunun mayın 14-də keçiriləcək prezident seçkilərində qələbəsi Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması prosesini bir qədər çətinləşdirə bilər, çünki Ərdoğan Azərbaycanın arxasında möhkəm dayanır, Rusiya ilə yaxşı əlaqələrə malikdir və bölgəyə xüsusi əhəmiyyət verir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“Onun rəqibi Kılıçdaroğlu Azərbaycanı tarixi İpək Yolunun dirçəldilməsi layihəsində görmədi. Buna əsaslanaraq başa düşmək olar ki, belə bir siyasətçi daha çox ABŞ və Qərbi avropalı həmkarları ilə qarşılıqlı fəaliyyətə diqqət yetirmək niyyətindədir, onun üçün Cənubi Qafqaz, ölkəsinin və qardaş Azərbaycanın milli maraqlarının müdafiəsi məsələsi o qədər də önəmli olmayacaq. Eyni zamanda, Türkiyədə keçirilən prezident seçkilərinin nəticəsi nə olursa-olsun, bu, tarixi inkişaf vektorunu dəyişməyəcək, Azərbaycan onsuz da bütün torpaqlarına nəzarəti bərpa edəcək. Ərdoğanın seçkilərdə nə Azərbaycana, nə də Rusiyaya lazım olmayan məğlubiyyəti Cənubi Qafqazda sülh yolu ilə nizamlanmanın nəticəsini çətinləşdirə və gecikdirə və erməni separatçılarını arxayınlaşdıra bilər”, – Naumov bildirib.

Teqlər: