Əgər Ərdoğan məğlub olsa… – Markov

Əgər Ərdoğan məğlub olsa… – Markov

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisi tarixi hadisə olacaq.

Bu, seçkinin nəticəsi təkcə Türkiyəni deyil, dünya siyasətini də çox dəyişə bilər. Niyə dəyişiklik dramatik ola bilər?

1. 20 ildə ilk dəfə Ərdoğan məğlub ola bilər.

2. Ərdoğanla müxalifətin siyasi mövqeyində fərq çox böyükdür. Ona görə də Türkiyə siyasətində dəyişikliklər də çox böyük ola bilər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“3. Ərdoğan hakimiyyəti itirərsə, o zaman ona, ailəsinə və komandasına qarşı böyük siyasi repressiya ola bilər. Çoxları həm azadlığı, həm kapitalı, həm də həyatını itirə bilər.

4. Böhran nəticəsində zorakılığın səviyyəsi çox yüksək ola bilər.

5. Rusiya Ərdoğandan yanadır. Qərb isə Ərdoğana qarşı, Türkiyə müxalifətinin yanındadır.

6. Türkiyə 30 ildə iqtisadi və siyasi baxımdan çox böyüdü. Ona görə də Türkiyə böhranı dünya siyasətinə güclü təsir göstərəcək.

7. Artıq Ukrayna böhranı gedir, İran və Çin isə böhran astanasındadır. Türkiyə böhranı qlobal “siyasi tornado”nun bir hissəsinə çevrilə bilər”, – deyə o bildirib.

Teqlər: