Rusiya tükənmiş uran mərmilərindən istifadə etmək hüququnu özündə saxlayır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kremldə jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, yalnız düşmən belə mərmilərdən istifadə edəcəyi təqdirdə cavab olaraq bu mərmilərə əl atılacaq:
“Əlimizdə tükənmiş uran mərmiləri çoxdur, yüzminlərlədir, əgər onlardan istifadə olunursa, eyni sursatdan istifadə etmək hüququmuzu da özümüzdə saxlayırıq. Onlar ehtiyatımızda var, sadəcə istifadə etmirik”.
Qeyd edək ki, Britaniyanın Ukraynaya tükənmiş uran da daxil olmaqla, “Challenger 2” tankları üçün “minlərlə dəst” mərmi göndərildiyi bildirilib.
“Voll Strit” isə ABŞ Ukraynaya göndəriləcək “Abrams” tanklarını tükənmiş uran mərmilərilə təchiz edəcəyini yazıb.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun sözlərinə görə, tükənmiş uran döyüş sursatlarından istifadə zamanı kiçik hissəciklərdən alfa-radiasiya ağciyərlərdə və daxili orqanlarda yığılır ki, bu da bədxassəli şişlərin inkişafına səbəb ola bilər. Bundan əlavə, uran hissəcikləri torpaqda uzun müddət qalır.