Əgər bu iki ölkə riyakarlıq edərsə… – Ərdoğan

Əgər bu iki ölkə riyakarlıq edərsə… – Ərdoğan

Bu məsələdə (İsveç və Finlandiyanın NATO-ya üzvlüyü – red.) hər hansı bir dayanma və ya riyakarlıq əlaməti görsək, ilkin mövqeyimizə qayıdacağımıza heç kim şübhə etməməlidir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Qeyd edək ki, Türkiyə tərəfi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan istifadə edərək, adıçəkilən ölkələrin terror təşkilatlarına bu və ya digər formada dəstək vermələrini dayandırmağı qətiyyətlə tələb edib və aparılan müzakirələr nəticəsində bu istəyinə qismən nail olub. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson Madriddə bir araya gəliblər. Müzakirələrin nəticəsi olaraq imzalanan üçtərəfli anlaşma əsasında İsveç və Finlandiya Türkiyənin terrorçuluğa qarşı mübarizədə tələbələrini yerinə yetirmək üçün öhdəlik götürüblər.

Teqlər: